16 Haziran 2007 Cumartesi

Lycanthrope deyir:
Mən Allahı da, dini də rədd edirəm. Bundan sonra boş-boş şeylərə inanmaqdansa, konkret şeylər edəcəyəm. Siz hələ inanmaığınızda olun. Hələ çoox inanacaqsınız!


Cavablandırıram
Bu ismarışa münasibət bildirmək istəyirəm. Başdan onu deyim ki, bu sözə tərəfli yanaşmayacam. Sadəcə sözdəki məntiqi yanlışlıqları açığa çıxaracam. "A" hökmünü rədd elədiyinizdə və ya qəbul elədiyinizdə, bu münasibətiniz o hökmün var olduğundan xəbər verir. Misalçun onu deyim ki, ateizm Tanrının olduğunu rədd etmək deyil, Tanrının olmadığını qəbul etməkdir. Yəni Ateist ideologiyasında "Tanrının var olmadığı" var. Və mən bunu "A" hömü ilə ekvivalent tuturam. əgər Allahın olduğunu rədd edirsənsə deməli o var. Var olanı rədd etmək o şeyin olmamasına dəlalət deyil. Biləks var və sən qəbul etmirsən. Konkretlik məsələsinə gəldikdə isə hər kəsin öz beynində formalaşdırdığı müxtəlif idelər var. Onun üçün konkret bir şeyin olub olmadığını da demək türk demişkən bir az sakıncalıdır. 2+2=4 bərabərliyi belə seçilən fəzalara görə dəyişəbilər. Konkret bilgi zənn etmirəm ki mövcud olsun. Amma Nitşenin də vəciz bir ifadəsini yazacağam. Doğru bir bilgi vardır. Və o mütləqdir. Consessus sapientum (Müdriklərin fikir birliyi) bunun ən gözəl isbatıdır. Bu sözə obyektivlik baxımından bir sürü tənqid yönəltmək olar amma bu heç də sözün arxasındakı gerçəkliyi gün üzünə çıxarmağa mane deyil. Hər kəsin müdrik bilib inandığı insanlar vardır. Və onların ortaq fikri həmən kütlə (və ya şəxslər üçün) konkret adlandırabiləcəyimiz səviyyədə mütləq bilgidir. Son olaraq, sən Tanrının varolmadığını nəzəri bilgilərlə isbatlayabilməzsən, mən də olduğunu. İsbatı verilməyəcək şeylərdə isə fərdlər məncə hür seçimə malikdirlər. Və bu da zənn etmirəm ki, obyektiv bir müzakirəyə nəsnə(predmet) olsun . Ona görə gəl "konkret şeylər" üzərində müzakirə edək...


Lycanthrope deyir
Ziya PAŞA, məntiqi yanlışlıqları qəbul edirəm. Nəyin yalnış olduğunu anladım. İndi Allaha inanırsan? sualına mənim cavabım yox olar. Bəlkə də nə hə, nə də yox. Daha çox yox. Burda da yanlış var? Sənin cavabın bəs? Bəlkə bunu yazmaq istəmişəm ki, Allahın olduğu fikrini rədd edirəm. Allaha inanmasanız yaşaya bilmirsiniz? Allaha inanmaq nə verir ki sizə? İnanmamaq da bir şey vermir amma. Sadəcə sualın cavabı hamıda olur da. Məndə də belədir.

Cavablandırıram
Gəl sənə özəl olaraq öz inanc şərhimi deyim. Bu subyektivdir. Ki, obyektiv olaraq din seçən heç kimi görməmişəm. Çünki türk demişkən mesnette dinlərin fərqi olmaz.Fərq edənlər isə öz düşüncələrindəki inanc anlayışlarını ona uyğunlaşdırır.. Nəysə yazıya gələk... .... İnanc insanın ilk başlarda zor anlarda sığınabiləcəyi dəyərlər toplusu. Sonraları isə hiss, vicdan və sezgilərinin təsiri ilə bunu təkmilləşdirib həyatına yön verən sistem halına gətirir... ....Tanrı İnancın bağlı olduğu varlıq. Müxtəlif mədəniyyətlərdə, müxtəlif şəkildə təzahür etmiş və ya etdirilmişdir.. Bu mənim düşüncəmdir. Başqalarının inancından sorumlu olmadığım kimi öz inancıma görə də yalnızca inancın aid olduğu varlığa və ya dəyərlərə hesab verəcəyəm.. .... İnancım çox yerdə məni rahatladır. Məsələn deyək ki yıxıldım qolum qırıldı. Bu halda əgər pozitivist biçimdə düşünəsi olsam gərək ki 5-6 günə özümü öldürüm . Çünki adicə xəstəliklərə belə dözəbilməyən bədənim var. Desən ki inancın buna nə dəxli? Cavabım bu olacaq ki, inancım sayəsində dözürəm bunlara.. Və inancımın gərəyi özümü duaya verirəm.. Bu mənim qəlbimi sakitləşdirir. (ki inancda qəlbi bir şeydir. Ağılla nəyisə izah etməyə gərək yoxdur.) Sən də sonucda bir inanca sahibsən.. Və inancının gərəyi bəzi şeylər var. O inanca inanmaq sənə nə verirsə, mənim inancım da 3 aşağı 5 yuxarı eyni şeyi verir. Aydındırmı???
İnşaALLAH sonra o biri tanımlarıda yazaram..

Hiç yorum yok: