11 Haziran 2007 Pazartesi

Sitat:
Qədim dövrlərdə, insanlar adi şimşək, tornado və s. təbii hadisələri ilahi qüvvələrlə izah edirdi. Əgər sübut istəyirsinizsə, Şumer,Babil və s. xalqlarının dastanlarına müraciət edə bilərsiniz. Dini kitablarda da görmək istəsəniz görə bilərsiniz. Amma dövr dəyişdi və indi həmən hadisələr çox bəsit fiziki, coğrafi proseslərlə açıqlanır.


Düzdür. Tamamilə haqlısınız.

Sitat:
Sizin "bilinməyənlər,anlamadıqlarımız bəs nə olacaq?" məntiqinizə görə hər bilinməyəni ilahi qüvvə ilə əlaqələndirmək lazımdır
.

Burda stop eliyək. Qardaş bax onlar açıqlandı, ki açıqlanmayacaq cinsdən də deyildi.(!?)(bu sözümü alıntı eləməyin)
Sitat:
Burda bir çox problem çıxır qarşımıza : 1) Gələcəkdə, bu dəqiqə açıqlanmayan hadisələrin heç izah edilməyəcəyini hardan bilirsiniz? 2) Hər izah edəbilmədiyimizi ilahi qüvvə ilə açıqlama məcburiyyətimiz var? və s...
Mən İslamı Quranda(və hədislərə) yazılanlara görə tanıyıram. Orda vəhy izah olunur ona görə də mənə məntiqsiz gəlmir(İslami prizmadan. Buna pozitivist yanaşmaq heç də uğurlu variant deyil.). Bunu universal ölçülərdə anlamağı çox da istəmirəm.(çünki anlanacağına ümid etmirəm). "Şəqqül Qəmər"i götürək. Bunu sırf Quranda yazıldığına görə qəbul edirəm. Bütün dünya ittifaq etsə ki yox bu elmi cəhətdən açıqlanabilməz, mən yenə qəbul edərəm. Belə yerlərdə təvil-təsir mənə çox məntiqsiz(!) gəlir. Halonki vəhy yalnız peyğəmbərlərə gəlir, demək möcüzənin cüzüdür. Və möcüzə də İslami termin olaraq sadəcə ALLAHın qüdrəti daxilindədir. Fərabi istədiyi qədər yazsın pozsun(ondan elmli olduğumu demirəm. Sadəcə onun qədər düşünmədiyim üçün çox rahatam). Təməl problemimiz ordadır ki, mənim referans aldığım qaynaq Qurandır(və hədisdir). Siz isə məsələyə pozitivist yanaşırsınız. Plyus, əgər gələcəkdə vəhyi filan açıqlayabiləcəklərsə amenna.. (Amma inancım tamdır ki olmayacaq. Hume istədiyi qədər səbəb-nəticə zənciri teoriyalarını yazsın pozsun.) Hər şeyi olmasa da "şəqqül qəməri", və sair möcüzələri və meracı bununla izah etmək məcburiyyətindəyəm. Başqa şeylə izah edəcək qədər elminiz varsa buyurun dinləyək. Yoxdursa icazə verin Qurana sarılaq.(Bu etiqaddır. Nəzəri bilgilərə olan etiqad. )

Sitat:
İnsan təfəkkürünün gedəbiləcəyi son nöqtəni sadəcə təcrübə ilə ortaya çıxara bilərik.Halbuki siz, təcrübə sahəmizin xaricindəki obyektlərdən danışırsınız. Daha nə təfəkkür? Fantaziya demək istəyirdiniz yəqin?!
Mənim sözümü mənə qarşı arqument olaraq işlədirsiniz. Ya məni anlamadınız ya da mən başa düşmədim. +++ .
Sitat:
Mən vəhyi məntiqsizliklər kategoriyasına daxil ettim.
mənsə hələ də deyirəm ki (bir az da inkişaf etdirərək), tək ədədlər çoxluğuna 187ni daxil etmək nə qədər məntqlidirsə bu da ancaq o qədər məntiqli olabilər. Primitiv misal verim, inteqral qavramını riyaziyyatçılarla(analız) fiziklər tamamən ayrı şəkillərdə izah edirlər, və heç birinin izahı o birininkini nəsx etmir(eyni nöqtədə kəsişirlər bu da düzdür. Ki inancımda hər şeyin tək şeydə dönəcəyinə inanır[inna lillahi və inna iləyhi raciun]). Bu nə qədər düzdür səhvdir bilmirəm amma İbni Sinaya burda haq verirəm. Vəziyyət ağırdır, inancım məndən daha çox şey tələb edir. Aşağıya 2 beyt yazım Ustad Necip Fazıldan. Bəlkə istifadə edərsiniz.

Hey gidi küheylan, koşmana bak sen!
Çatlarsan, doğuran kısrak utansın!

Ölümden ilerde varış dediğin,
Geride ne varsa bırak utansın

Hə, onu da anladım ki(deməli subyektiv olacaq), ALLAHın adı ilə başlamayan, ALLAHı xaricdə tutan hər teoriya İslama görə çox məntiqsizdir. Necə ki onlara görə də İslam məntiqsizdir. İ1 və İ2 hökmləri bir-birinin ziddidir. İkisini də bir-birini əsas alaraq izah etmək zənnimcə obyektiv deyil. Yən buna bənzəyir ki, -haşa və kəlla- "ALLAH deyir ki, Mən yoxam". Gəl çıx indi işin içindən. Ona görə də əsas olan can sağlığıdır, can sağlığı olmasa bunları da müzakirə edəbilməzdik və onu da deyim ki bunlar hamısı bir fərziyyədir. Gerçəklik isə bir qaşıq zəhər uzaqlığındadır. Təcrübə etmək istəyən buyursun. Çünki gerçək sadəcə şəxslərin beyinlərində formalaşır(yəni bizə xəbər verməsinə də gərək yoxdur. Çünki inanan zatən inanır, inanmayan isə təzədən əlləzinə oxuyacaq). Universal gerçək yoxdur. Sadəcə hər kəs içində olduğu vəziyyəti tanımlayır. Və məncə bunun haqqı da verilməlidir. Bütün müzakirəlvrimiz ancaq aşağıdakı misal ətrafında gedirdi. Doktor Sokrates qəşəng futbol oynayırdı və ona görə də Trabzonda havalar çox istdir. Mən də gedib daş atım qollarım açılsın.

deizm, tanrı vəhy üzərinə müzakirə...

DeCatte yazıb:
Deistik təfəkkür Tanrının varlığını necə sübut edir? Deizm bu nöqtədə dinlərdən heç də fərqlənmir.


İnanmıram ki deizm hansısa məntiqli bir sübut gətirsin. Olsaydı buy avtomatik olaraq bizə də yarayardı. Sağını solunu budayıb bir isbat da biz verərdik. "Təbii ki fərqlənməyəcək." Deizm bir az kozmopolit təbəqənin, Tanrı inancını (əsasən xristianlıq) sistemli bir şəkildə şərhindən başqa bir şey deyil. Tanrıya inanmaq istəyi var, amma... Mövcud halla(xrisitianlıqla) qəbulu yəqin ki məntiqlərinə çox da uyğun düşmür. Məncə elə səhvi də burda axtarmaq lazımdır. Çünki heç bir din məntiqi qaydalara toplusu filan deyil. İstər İslam olsun istər Xrisitianlıq fərq etməz. Bunlar məntiqi deyil. Vəhyidir. Vəhydə isə ALLAHın "Həkim","Qadir" və "Alim" (hikmətli, hər şeyə gücü yetən, hər şeyi bilən) olduğu doqmadır. Burdan çıxarılan nəticə isə Onun təqdir etdiyi şeyləri bizim -cüzi elmimizlə- anlayamayacağımızdır. Ona görə də başımızı aşağı salıb dinimizə sarılaq. Amma bu gerçəklikləri də unutmayaq... 11-12ci mərtəbə heç kəsə kar etməz.


DeCatte yazıb:
Vəhy də məntiqsizliklər kategoriyasına daxildir.


Tamamilə razıyam. Amma gəlin bunu məntiqsizlik deyil, "insan təfəkkürünün gələbiləcəyi son nöqtəni" aşan həqiqət kimi qəbul edək.(çünki birbirindən tamamilə müstəqil anlayışlardır) əks halda inandıqlarımızı nə ilə izah edəcəyik?? Acı da olsa bu belədir.

DeCatte yazıb:
Bir şeyin məntiqli olmayıb,vəhyi olması onu ağ günə çıxarmır. Buna görə də, cümlənizdə məna çatışmamazlığı var


Təbii ki. Çünki tamamən fərqli anlayışlardır. Məntiq və vəhy bir birlərinə fillə uzunqulağın nə qədər yaxın qohum olduqları qədər yaxındır. Buna görə də fillə uzunqulağı eyni familiyaya daxil edən siz səhv eləmisiniz. Hörmət və sayğı ilə...

FIRON yazıb:
mən düşünürəmki, deizm yalnız Allahın qəbul edilməsidir... deist olmaq daha yaxşıdır... nəyinki dindar 100... nəfərə stayiş edilir


ALLAHın deyil.. Tanrının.... ALLAHı qəbul edərsə müsəlman olar da daha.... Çünki deizmin təməlindəki Tanrı inancı sadəcə dünyanı yaradıb və sonra da heç bir işə qarışmır. Heç kimə cəhənnəm əzabı verməyəcək. Ağlımda qalan əsas prinsiplvri bunlardır 1.Hər hansı elan edilmiş bir dinin rəddi... (ALLAH insanlara peyğəmbər filan yollamır, üstdə yazdığım kimi sadəcə dünyanı yaradıb sonra da hər şeyi təbii axarına buraxıb) 2.Tanrı inancını məntiqi döngülərlə tapmaq..Bu da hər halda pozitivist bir baxışdır. (Zənnimcə heç bir inanc sırf məntiqi və nəzəri dəlillərlə isbatlanabilməz..) Tənqidi baxışları da belə sıralanabilər. İncildəki yaradılış ayətlərinin rəddi. Möcüzə kəramət vəs.lərin rəddi.. Xristianlığın rəddi. Onu da deyim ki, deist inanc şəkli o zamankı Xristian dünyagörüşünə qarşı ortaya atılıb və Xristianlığın yeganə din deyil, mövcud dinlərdən bir din olduğu nəticəsinə varıb. İnancı Tanrı haqqındakı baxışları belədir Tanrı vardır və kainatı yaradıb.. Tanrı insanların məntiqli davranmağını istəyir.. İnsanların ruhları ölümdən sonra da var, bunun məntiqi nəticəsi olaraq, ölümdən sonra da bir həyat var. Bədəni həyatın bitişindən sonra, Tanrı gözəl hərəkətlərimizi mükafatlandıracaq, pis davranışlarımızı isə cəzalandıracaq. (Cəhənnəmə atmayacaq !!!) Hz.İsa isə sadəcə və sadəcə sıravi bir insandır. Digərlərindən fərqi, məntiqini ən yaxşı şəkildə işlədərək, cəmiyyətə faydalı olmaqdır. İncillərdən möcüzə, kəhanət vəs. olan ayələri çıxararaq onu sadəcə bir əxlaq sistemi məcmusu halına gətiriblər.. Bu işin müəllifi ABŞın ilk prezidenti Tomas Ceffersondur. Və İncildə onun adı ilə bağlıdır... Bildiklərim bu qədərdir. ən sonda FIRONdan bir şey rica edəcəyəm. Lütfən dinləri isnadsız müqayisə etməyin. Şəxsən öz dinim mənə çox gözəldir. İnanın ki bu insan haqlarına təcavüzdür. Sizə görə deist olmaq yaxşıdır. Çox gözəl. Mənə görə müsəlman olmaq... Və onu da nəzərinizə çatdırım ki, mən min şeyə deyil bir Zat'a inanıram. Və inancımın gərəyi olaraq bəzi şeyləri qəbul edirəm və mümkün mərtəbə əməşl etməyə çalışıram... Sizin inacınızı tənqid etməklə əlimə bir şey keçməz, ona görə də eyni diqqəti sizdən də gözləyirəm...

fikrini.dedən